OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır
İqtisadiyyat
10 Avqust 2017 17:46

OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır


Bakı. 10 avqust. REPORT.AZ/ 2017-ci ildə neftə olan tələbat orta hesabla 96,5 mln. barel/gün təşkil edəcək. "Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, bu proqnoz OPEC təşkilatının yeni hesabatında yer alıb. 
Qeyd edək ki, bu proqnoz əvvəlki ilə müqayisədə tələbin 100 min barel/gün və ya 0,1% artacağını göstərir.
Gələn il isə neft tələbatı 97,8 mln. barel/günə çatacaq. Bu da əvvəlki proqnozla müqayisədə 100 min barel/gün və ya 0,1% çoxdur.
OPEC-in hesabatında yer alan proqnozlara əsasən, 2017-ci ildə kartel üzvü olan ölkələrdə neft hasilatı 55,6 mln. barel/gün səviyyəsində proqnozlaşdırılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR