Ruhi xəstə dispanserdən qaçdı - FOTO
Ölkə
10 Avqust 2017 17:54

Ruhi xəstə dispanserdən qaçdı - FOTO


Sumqayıt sakini, 33 yaşlı Nəsirov Nicat Ağahüseyn oğlu müalicə aldığı Sumqayıt Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispnserindən qaçıb.

Milli.Az xəbər verir ki, xeberle.com dispanserin baş həkimi Mayıl Tağıyev ilə əlaqə saxlamağa çalışdı. Lakin baş həkim məzuniyyətdə olduğu üçün məsələ ilə bağlı onu əvəz edən Elizbar Bəbirova müraciət etdik. Onun sözlərinə görə, Nicat avqust ayının 2-si, saat 18:30 radələrində xəstəxanadan qaçıb:

"Nəsirov Nicat Hüseynağa oğlu mütəmadi olaraq bizim xəstəxanada yatır. Bizim yeməkxana xəstəxanadan bir az aralı məsafədə yerləşir. Hər gün üç dəfə olmaqla xəstələri oraya yemək üçün aparırıq. Həmin gün də axşam saat 18 radələrində xəstələri yeməkxanaya aparmışdıq.

Sözügedən xəstə qayıdarkən termosuna çay doldurub geri gələcəyini bildirdi. Arxaya dönən kimi qaçaraq hasarı tullandı və nəzarətçi həkimlər də ona çata bilmədilər". Elizbar həkim bildirdi ki, xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur:

"Nicatın yaddaş zəifliyi var. Sadəcə olaraq, ünvanı və telefon nömrələrini xatırlamaqda çətinlik çəkir. Ümumi götürsək o, qətiyyən sosial təhlükəli xəstə deyil". Həkimin dediyinə görə, xəstə qaçdıqdan sonra müəyyən müddət həkimlər tərəfindən axtarılıb. Axtarışların heç bir nəticə vermədiyini gördükləri üçün dərhal ailəsinə və yaxınlıqda yerləşən 4-cü polis bölməsinə müraciət olunub. Xəstənin anası Mehriban Ağayeva isə oğlunu Xırdalanda, dükana girərkən görüldüyünü deyib. Xanım həmçinin bildirib ki, Nicat evdə olarkən də tez-tez qaçaraq Xırdalana, Bakıdakı İdman Kompleksinə gedirdi. Qeyd edək ki, Nicat Nəsirov idmançı olub və əvvəllər ailəsi ilə Rusiyada yaşayıb. Xəstəliyi də məhz həmin ölkədə, bir neçə erməni tərəfindən döyülməsi nəticəsində yaranıb. 3-4 il bundan qabaq Nicatın ailəsi deportasiya olunub. İki ildir ki, o, xəstəliyi ilə əlaqədar mütəmadi olaraq Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində müalicə alır. Nəsirov Nicat Ağa Hüseyn oğlu hələlik axtarışdadır. Onu görənlərdən aşağıdakı nömrələr ilə əlaqə saxlamaqları xahiş olunur:050-761-81-63 055-789-24-84

Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR