Ötən il yaşlı qadını qətlə yetirən kəsin kimliyi məlum oldu
Ölkə
10 Avqust 2017 17:54

Ötən il yaşlı qadını qətlə yetirən kəsin kimliyi məlum oldu


Gədəbəydə ötən il törədilən qətlin üstü açılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məlum hadisə 2016-cı ilin dekabr ayında rayonun Qasımlı kəndində qeydə alınıb.

Kənd sakini, 1946-cı il təvəllüdlü Səmayə Məmmədova yaşadığı evdə küt alətlə qətlə yetirilib.
 
Gədəbəy rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin elə həmin kənd sakini, 1994-cü il təvəllüdlü Babək Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
 
B.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR