8 min il əvvəl kütləvi qətlləri belə törədirlərmiş - İNANILMAZ FAKTLAR - FOTO
Digər
10 Avqust 2017 18:03

8 min il əvvəl kütləvi qətlləri belə törədirlərmiş - İNANILMAZ FAKTLAR - FOTO


Erkən Neolit dövründə yaşayan qədim avropalılar bir-birilərini ağlasığmaz qəddarlıqla öldürürdülər.

Publika.az xəbər verir ki, onlar kütləvi qətllər və yırtıcılıq tətbiq etməklə qədim mədəniyyətin məhv olmasına səbəb olublar.

Alimlər bu faktı Almaniya ərazisində tapılmış, təxminən 7 min il yaşı olan, ayaqları və kəllə sümükləri sındırılmış skeletlər üzərində aparılan araşdırmalar zamanı aşkar ediblər.

Alimlərin araşdırma apardığı yer b.e.ə. 5500-4000-cü illərə aid olan bir yaşayış məskənidir. Saxsı qablar mədəniyyəti kimi tanınan bu dövrə aid ərazi Mərkəzi Avropa ərazisində yerləşir.

Yeri gəlmişkən, qeyd edək ki, buradakı saxsı mədəniyyətinin özünəməxsus özəllikləri olub. Bu mədəniyyəti təmsil edən qablarda hər hansı rəngdən istifadə edilməyib. Saxsı qablara yalnız həndəsi fiqurlarla (üçbucaq, spiral və düzbucaqlı) naxışlar vurulub.

Hazırda arxeoloqlar iddia edirlər ki, Avrasiya materikində ilkin mədəniyyətin beşiyi məhz bu ərazi olub. Lakin bu iddianı təsdiq edəcək hər hansı arxeoloji fakt tapılmayıb. Beləliklə, Avrasiyada ilkin yaşayış məskəni kimi Sibir öz qədimi öncüllüyünü hələ də saxlamaqdadır.

Tədqiqatçılar sübut etməyə çalışırlar ki, alt paleolit dövründə olduğu kimi, üst paleolitdə də ailələr anaxaqanlığı quruluşunda yaşayıblar. Onlar bu ailələrin yaşadığı keramika qatlı evlərdə apardığı araşdırmalar zamanı qəribə qadın skeletləri aşkar ediblər. Həmin skeletlər üzərində aparılan incələmələr qadın sümüklərinin kişilərə nisbətən daha bərk olduğunu üzə çıxarıb. Lakin bu iddia da öz isbatını tapmayıb.

Bundan başqa arxeoloqlar qazıntı işləri zamanı kifayət qədər qəribə arxeoloji detallar tapıblar. Onlar insanların kütləvi halda dəfn olunmasını və sümüklərin üzərindəki xəsarət izlərini aşkar ediblər. Bununla belə bir nəticəyə gəliblər ki, bu dövrdə belə vandalizm istisna hal olmayıb.

Qazıntılar zamanı alimlər təxminən 500 insan skeleti tapıblar. Bu skeletlərin müayinəsi zamanı məlum olub ki, həmin dövr insanları nə hərbi əməliyyatlar zamanı xəsarət alıb, nə də öz əcəlləri ilə ölüblər. Onlar kütləvi şəkildə soyqrıma məruz qalıblar.

Almaniya ilə yanaşı, Avstriyada kütləvi qətllərin baş verməsi ilə bağlı tarixi abidələr tapılıb. Burada sonuncu dəfə Kristian Meyerin başçılıq etdiyi İohan Qutenberq universitetinin arxeoloqlar qrupu belə bir məzarlıq aşkar ediblər.

Zümrüd


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR