Azərbaycan – San Marino oyununun biletləri satışda
İdman
10 Avqust 2017 18:04

Azərbaycan – San Marino oyununun biletləri satışda


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - San Marino oyununun biletləri satışa çıxarılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sentyabrın 4-də, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarında əldə etmək mümkündür.

Saat 20:00-da başlayacaq matçın biletlərini onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qeyd edək ki, VİP biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya biletləri 4, 2-ci kateqoriyalılar 1 manat olacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR