Suares İtaliyaya köçmək istəmədi
İdman
10 Avqust 2017 18:04

Suares İtaliyaya köçmək istəmədi


"Barselona"nın futbolçusu Denis Suaresi heyətinə qatmaq istəyən "Napoli"nin təklifi qəbul edilməyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,23 yaşlı yarımmüdafiəçi İtaliyaya köçməyə razılaşmayıb. 

Kataloniyalılar Suaresi 14 milyon avro qarşılığında satmağa hazır olduqlarını bildiriblər. Lakin Denis "Barsa"da qalmağı üstün tutub. O, yeni baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında əsas heyətə düşmək uğrunda mübarizə aparacağını bildirib.
 
Qeyd edək ki, Denis Suares "Barselona"ya ötən il "Vilyarreal"dan transfer olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR