Milito Çili klubunun baş məşqçisi təyin edildi
İdman
10 Avqust 2017 18:34

Milito Çili klubunun baş məşqçisi təyin edildi


Argentina yığmasının və "Barselona"nın sabiq futbolçusu Qabriel Milito Çilidə işləyəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 37 yaşlı çalışdırıcı "O`Higgins" klubunun yeni baş məşqçi təyin edilib. 

Milito ilə 2018-ci ilin dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Gənc mütəxəssis işinin icrasına avqustun 14-də başlayacaq.

Qeyd edək ki, məşqçilik fəaliyyətinə 2013-cü ildə start verən Qabriel Milito bu vaxta qədər "Estudiantes" və "İndependiente" klublarını çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR