Ər-arvad olan bacı-qardaş, qızla sevişən delfin və... - İNANILMAZ HƏQİQƏTLƏR - FOTO
Dünya
10 Avqust 2017 18:54

Ər-arvad olan bacı-qardaş, qızla sevişən delfin və... - İNANILMAZ HƏQİQƏTLƏR - FOTO


Həyat bəzən bizi heç düşünmədiyimiz formada qəribə hadisələrlə qarşılaşdırır.

Bu qəribəliklərdən bir neçəsini təqdim edirik:

1. Araşdırmalara görə, tək gecəlik münasibətlərin 30%-i uzun müddətli münasibətlərə çevrilir.

2. Stepen Houkinq 2009-cu ildə hər kəsə açıq, olduqca lüks bir parti təşkil edib. Lakin partinin təşkil edilməsini tədbir bitdikdən sonra insanlara bildirib. Məqsədi isə zamanda səfər edə bilən insanları bir araya toplamaq olub. Partiyə isə təbii olaraq, heç kim gəlməyib.

3. Amerika Birləşmiş Ştatlarında əyilərək omba göstərmək hərəkəti fikir azadlığının bir variant olaraq konsitutsiyada təsdiq edilib.

4. Misir hökmdarı Tutanhamonun valideynləri bacı-qardaş olub. Buna görə də onun ayağını çolaq, geniş çanaqlı və iri sinəli olub.

5. Almaniyada 1040-cı ildən etibarən fasiləsiz fəaliyyətdə olan bir pivə zavodu mövcuddur.

6. Gördüyünüz rəngin (Macenta) fiziki olaraq dalğa ölçüsü mövcud deyil və texniki olaraq təbiətdə belə bir rəng yoxdur. Bu rəngi görə bilməyimizn tək səbəbi tamamilə bioloji hadisədir. Yəni bu rəng əslində beynimizin məhsuludur.

7. Məşhur "Beatles" qrupunun solisti Con Lennon yüksək dozada dərman içib və qrup üzvlərini təcili toplantıya çağırıb. Con toplantıda İsa peyğəmbərin reinkarnasiya olunmuş halı olduğunu etiraf edib.

8. İslandiyada yaşayan bir qadın 5000 dollarlıq kredit kartını yanlışlıqla zibilliyə atıb. Ərazinin bələdiyyə işçiləri könüllü olaraq tonlarla zibilin içində axtarış aparıb və kredit kartını tapıblar. Qadın onlara hədiyyə bağışlamaq istəsə də, onlar buna da razı olmayıblar.

9. İngiltərədə delfinlərə ingilis dilini öyrətmək üçün bir sınaq keçirilib. Sınaqda iştirak edən Pitr adlı delfin bir neçə söz öyrənə bilib. Lakin delfin müəlliminə aşiq olub və ona qarşı cinsi istəkləri baş qaldırıb. Mütəxəssislər də buna görə sınağa son vermək qərarına gəlib. Pitr isə depressiyaya düşüb və intihar edib.

10. 1996-cı ildə "İRA" terror təşkilatı Mançester şəhərinin mərkəzinə bir bomba yerləşdirib və insanları xilas etmək üçün polislərə 1 saat möhlət verib.

11. Yaponiya dünyanın ən yüksək insan sıxlığına malik ölkə olmasına baxmayaraq, inkişaf etmiş dövlətlər içində ən çox meşə ərazisinə sahib yerdit (74%). Bu meşələr 400 ildir davam edən bir siyasətin məhsuludur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR