Azərbaycan derbisi ilə 103 günlük sükuta son
İdman
10 Avqust 2017 19:04

Azərbaycan derbisi ilə 103 günlük sükuta son


Sabah Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yeni mövsümün ilk turunun qarşılaşmaları üç gün davam edəcək.

Çempionatın açılış matçında Azərbaycanın iki ən titullu komandası üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda "Neftçi" və "Qarabağ" üz-üzə gələcək. Bu qarşılaşma ilə Premyer Liqadakı 103 günlük sükut pozulacaq.
 
Bütün ölkə çempionatlarında iştirak edən klublar Azərbaycan derbisinə fərqli durumda çıxacaq. Son 4 ildə qızıl medalları heç kimə verməyən və Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" mövsümə 6-cı çempionluq iddiası ilə başlayır. 8 qat ölkə çempionu olan "Neftçi" isə son illərdə üzləşdiyi acınacaqlı durumdan çıxmaq ümidi ilə yeni mövsümə start verir.
 
Turun ikinci oyun günündə ötən mövsümün mükafatçıları "İnter"lə "Qəbələ" qarşılaşacaq. Bakıdakı duelin iştirakçıları Avropa Liqasında mübarizəni başa vurduqdan sonra fərqli vəziyyətdədi. "Qəbələ" heyətini ciddi şəkildə dəyişsə də, yenə çempionluq iddiasındadı. "İnter" isə transfer qadağası üzündən əvvəlki heyətinə güvənməlidi ki, klubu tərk edənlər bakılıların gücünü zəiflədib. Bir sıra maliyyə problemləri olan paytaxt təmsilçisi qələbəyə iddialı rəqibdən fərqli, heç olmasa xal qazanmağa çalışacaq.
 
Bu matç həm də Premyer Liqada çalışan iki əcnəbi mütəxəssisin növbəti dueli kimi diqqət çəkir. "İnter"in gürcüstanlı baş məşqçisi Zaur Svanadze ilə "Qəbələ"nin ukraynalı çalışdırıcısı Zaur Svanadze növbəti dəfə üz-üzə gələcək.
 
Böyük maraq doğuran ilk iki oyundan sonra meydana ortabablar çıxacaq. Turun son günü Premyer Liqanın ən gənc komandalarının oyunu ilə başlayacaq. Avropa Liqasında debüt etmiş "Zirə" elitada ilk matçına çıxacaq "Səbail"i sınağa çəkəcək. Paytaxt derbisinin iştirakçıları mövsümə uğurlu start vermək üçün mübarizə aparacaq.
 
Tura Sumqayıtda yekun vurulacaq. Eyniadlı komanda "Kəpəz"i sınağa çəkəcək. Heyətlərinə görə iddialılardan geri qalan klublar avrokubok xəyalını gerçəkləşdirmək üçün ilk turdan qələbə qazanmağa köklənib.
 
Azərbaycan Premyer Liqası
I tur
11 avqust (cümə)

21:00. "Neftçi" - "Qarabağ"
8-ci km qəsəbə stadionu
 
12 avqust (şənbə)

20:00. "İnter" - "Qəbələ"
"İnter Arena"

13 avqust (bazar)

19:00. "Zirə" - "Səbail"
Zirə İdman Kompleksinin stadionu

21:00. "Sumqayıt" - "Kəpəz"
Sumqayıt şəhər stadionu

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR