Sərin havalar nə vaxtadək davam edəcək?
Ölkə
10 Avqust 2017 19:14

Sərin havalar nə vaxtadək davam edəcək?


Sərin hava şəraiti avqustun 11-nə kimi davam edəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 30-35°, bölgələrdə 33-37° isti olacağı gözlənilir. Paytaxtda arabir güclənən şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova, həmçinin qeyd edib ki, sabahdan etibarən havanın hərarəti nisbətən artsa da, hələ ki, kəskin istilər gözlənilmir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR