Rusiyaya məxsus təyyarə "Ağ ev" üzərində göründü -
Dünya
10 Avqust 2017 19:22

Rusiyaya məxsus təyyarə "Ağ ev" üzərində göründü -


ABŞ səmalarında görünən Rusiya hava qüvvələrinə məxsus təyyarə insanlar arasında həyəcan yaradıb.

Metbuat.az-ın məlumatına görə "Ağ ev" üzərində alçak uçuş həyata keçirən layner daha sonra Vaşinqton səmalarında dövrə vurub. Məlum olub ki, uçuş Vaşinqtonun icazəsi əsasında "Açıq səma sazişi" çərçivəsində baş tutub.

Qeyd edək ki, "Açıq səma sazişi"nə görə, ölkələr bir-birlərinin hava məkanlarında silahsız təyyarələrlə müşahidə uçuşları həyata keçirir.

Sübhan / METBUAT.az 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR