Antarktidada yüzillik meyvə piroqu tapıldı
Dünya
10 Avqust 2017 19:28

Antarktidada yüzillik meyvə piroqu tapıldı


Tədqiqatçılar Şərqi Antarktidada, Ader burnunda qütbçülərin komalarından birində yüzillik meyvə piroqunu aşkar ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, piroq “Huntley & Palmers” firmasının istehsalıdır.

XX əsrin başlanğıcında Antarktidada araşdırmalar aparan tədqiqatçıların artefaktlarının saxlanılması ilə məşğul olan “Antarctic Heritage Trust” (Yeni Zelandiya) fondundan bildirilib ki, piroq ekspedisiya qruplarından biri olan “Yeni Terra”nın britaniyalı üzvü Robert Skotta aid ola bilər. Sözügedən ekspedisiya 1910-1913-cü illərdə təşkil edilib.

Kağıza bükülən piroq qalay qutuda idi. Qeyd edilir ki, qutu kifayət qədər pis vəziyyətdə olsa da, piroqun özü kifayət qədər yeməli görünürdü və yad qoxulara malik deyildi.

Ömər

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR