Rusiyada jurnalistə 3,5 il iş kəsilib
Dünya
10 Avqust 2017 19:34

Rusiyada jurnalistə 3,5 il iş kəsilib


Moskvanın Tver məhkəməsi Rusiyanın tanınmış media qurumu RBK-nın jurnalisti Aleksandr Sokolovu 3,5 il azadlıqdan məhrum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, ekstremist təşkilatların fəaliyyətini idarə etməkdə təqsirli bilinib.
Aleksandr Sokolov günahını etiraf edib.
Onunla yanaşı, "Duel" qəzetinin keçmiş redaktoru Yuri Muxin 4 il şərti, ictimai fəallar Sergey Barabaş və Valeri Parfenovun hər birinə 4 il iş kəsilib. 
Məhkəmənin qərarına əsasən, onlar fəaliyyətinə Rusiya ərazisində qadağa qoyulan "Ordu xalqın iradəsi"nin işlərində iştirak ediblər. Həmin şəxslər təşkilatın adını "Məsuliyyətli hakimiyyət uğrunda" ilə əvəzləyiblər. Adları çəkilənlər ittihamları rədd ediblər. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR