“Fukusima” AES-in yaxınlığında bomba aşkarlandı
Dünya
10 Avqust 2017 19:34

“Fukusima” AES-in yaxınlığında bomba aşkarlandı


Yaponiyada "Fukusima" Atom Elektrik Stansiyasının (AES) yaxınlığında İkinci Dünya Müharibəsinə aid partlamamış bomba aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayıcı qurğunu stansiya yaxınlığında təmizlik işləri aparan işçilər aşkar ediblər.

Bombanın uzunluğu 85 santimetr, diametri 15 santimetr təşkil edir. Bombanın zərərsizləşdirilməsi üçün hadisə yerinə mütəxəssislər çağırılıb.

Bildirilib ki, "Fukusima" AES adi rejimdə işini davam etdirir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR