Həyat sığortası nəyin hesabına artıb? –  TƏHLİL
İqtisadiyyat
10 Avqust 2017 19:34

Həyat sığortası nəyin hesabına artıb? – TƏHLİL


Həyat sığorta bazarı böyüməkdə davam edir. Fins.az-ın məlumatına görə, bu ilin I yarısında sığorta bazarında 3 həyat sığortası şirkəti tərəfindən 104,269 milyon manat sığorta haqqı toplanılıb.

Həyat sığorta bazarı 27,2 % böyüyüb

Bu, 27,2% artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə həyat sığorta bazarında toplanan sığorta haqqlarının ümumi həcmi 81,956 milyon manat olub.

Milli.Az fins.az-a istinadən bildirir ki, yığımların  84,646 milyon manatı könüllü həyat sığortaları üzrə, 19,623 milyon manatı icbari həyat sığortaları üzrə hesablanıb.

Könüllü həyat növlərində toplanan sığorta yığımlarının  12,275 milyon manatı həyatın ölüm halından sığortasının, 71,822 milyon manatı  həyatın yaşam sığortasının, 495,669 min manatı əmək qabiliyyətinin sığortasının, 53,359 min manatı isə sağalmaz xəstəliklərdən sığorta növünün payına düşüb.

İcbari həyat sığorta növlərinə yalnız bir növ- istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta daxildir. Yəni, 19,623 milyon manat bu sığorta növü üzrə toplanılıb. 

Ödənişlər 69%-dən çox artıb

Həyat sığorta bazarı üzrə yığımlarla yanaşı, ödənişlər 2,2 dəfə artıb. Bu ilin 6 ayında  həyat sığortası üzrə ödənişlər 62,341 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 36,765 milyon manat təşkil edib.

Həyat sığortasından 59 milyonluq depozit geri çəkilib

Ödənişlərin 61,012 milyon manatı könüllü həyat sığortaları üzrə, 1,328 milyon manatı icbari həyat sığortaları üzrə hesablanıb. Könüllü həyat növlərində ən böyük ödəniş həyatım yaşam sığortası ilə bağlı olub. Bazar üzrə ödənişlərin 95,7%-i  və ya 59,720 milyon manatı bu sığorta növü üzrə ödənilib. Könüllü həyat növlərində sığorta ödənişlərinin 1,282 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta növü üzrə cəmi 9 850 manat sığorta ödənişi edilib.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş xərcləri isə 1,328 milyon manat təşkil edib. 

Zərərlilik artıb

Həyat sığorta bazarının böyüməsi ilə yanaşı, ödənişlərdəki(həyatın yaşam sığortası ilə bağlı) kəskin artım zərərliliyi də artırıb. Belə ki, hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 59,7 manat ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 44,8 manat olmuşdu.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR