Yas evində 3 gün yemək yox, yemək hazırlayıb aparmaq bəyənilir
Ölkə
10 Avqust 2017 19:54

Yas evində 3 gün yemək yox, yemək hazırlayıb aparmaq bəyənilir


O zaman ki, insan dünyasını dəyişər, hədislərimizin nəzərinə görə, o evdə üç gün yemək yemək məkruhdur və bəyənilməzdir. Əksinə qohumlar və yaxınları üç gün əza əhli üçün özləri yemək hazırlayıb gətirməlidirlər. Çox təəssüf ki, bunun əksi yanlış adət hələ də ürfümüzdə qalmaqdadır. Bu adətin kökünə baxsaq, görərik ki, cahiliyyət dövrünə gedib çatır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "O zaman ki, Cəfər ibni Əbitalibi öldürdülər, Peyğəmbər (s) Fatiməyə (s.ə) əmr etdi ki, onun ailəsi üçün yemək hazırlasın və üç gün onlar üçün göndərsin. Ona görə də müsibət görmüş ailəyə üç gün yemək göndərmək sünnət oldu".
 
İmam Baqir (ə) buyurur: "Meyitin vəfat etdiyi gündən əza sahiblərinə yemək göndərmək müstəhəbdir".   

İmam Sadiq (ə) buyurur: "Əza sahiblərinin evində yemək yemək cahiliyyətin əməllərindəndir və sünnət budur ki, əza sahibləri üçün yemək göndərilsin".
 
Ona görə də deyə bilərik ki, əza evində üç gün yemək yemək o insanları əziyyətə saldığı üçün bəyənilməyən əməllərdən hesab olunur.
 
Əksinə, onlara yemək hazırlayıb gətirmək - müstəhəb əməllərdəndir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR