Sonsuz MÜHARİBƏ, 9 il əvvəlki ssenari və Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Digər
10 Avqust 2017 20:03

Sonsuz MÜHARİBƏ, 9 il əvvəlki ssenari və Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ… - GÜNÜN SİYASİ XÜLASƏSİ


Rusiyalı ekspert Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığını bildirib. Rusiyanın son 20 ilin ən böyük emiqrasiya dalğası ilə qarşılaşacağı proqnozlaşdırılır. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar. Türkiyənin İncirlik hava bazasında ABŞ-a aid təyyarəni vurmağı planlaşdıran rusiyalı terrorçu tutulub. Böyük Britaniyanın “Daily Exspress” qəzeti Türkiyə ilə bağlı şok iddia irəli sürüb.

Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmasının səbəblərini şərh edib. O, ekspert Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığına diqqət çəkib.

Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı dağıdacaq, ya da...

Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər”. Bunu “Obozrevatel” nəşrinə hərbi ekspert, jurnalist Yuri Butusov deyib.

Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var.

Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR

Rusiya son 20 ilin ən böyük emiqrasiya dalğası ilə qarşılaşacaq. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

“Stratfor”un məlumatına görə, rusiyalılar hakimiyyətin vətəndaş fəallığı ilə mübarizəsi, həmçinin gəlirlərin çox sürətlə aşağı düşməsi və artan sosial təbəqələşmə fonunda başqa ölkələrə köçmək haqqında fikirləşirlər.

Bildirilir ki, artıq yüksək ixtisaslı kadrlar ölkəni tərk edirlər. Analitik mərkəzin ekspertləri əmindirlər ki, bu, nəticədə iqtisadiyyat və siyasətə acınacaqlı təsir göstərəcək. “Stratfor”un məlumatına görə, Rusiya gənclərinin yarısı ölkə hüdudlarını tərk etməyə hazırdır. Mərkəzin hesablamalarına görə, emiqrasiyadan maddi ziyan ildə 1,5 trilyon dollara qədər təşkil edə bilər.

“Rusiya son 20 ilin ən böyük...” - ABŞ kəşfiyyatından ŞOK PROQNOZ

Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar. Bu haqda NBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir.

Telekanalın ABŞ Silahlı Qüvvələrindəki mənbələri izah ediblər ki, Quam adasında yerləşən “Andersen” bazasından B-1B Lancer strateji bombardmançıların hücumu Pentaqonun planında əsas yer tutur. B-1B Lancer səsdən surətli strateji bombardmançıdır. O göyərtəsində 56 ton raket və bomba daşıya bilər. Hədəflər kimi raket sınaqları və onların işə salınması üçün istifadə olunan təxminən 20 meydança, həmçinin texniki təminat obyektləri nəzərdə tutulub.

Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI

ABŞ-ın və Şimali Koreya arasında mümkün hərbi qarşıdurma ssenariləri hər iki ölkənin bir-birinə qarşı səsləndirdiyi kəskin bəyanatlarından sonra daha çox müzakirə edilir.

2016-cı ildə Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə bombasının iki sınağını keçirdi. Ötən ay isə qitələrarası raketlərin iki müvəffəqiyyətli sınağı baş tutdu. Son sınaqlar göstərdi ki, Şimali Koreya ərazisindən buraxılmış raket ABŞ-ın kontinental hissəsinə, məsələn Denver və ya Çikaqoya çata bilər.

Maraqlıdır ki, qarşılıqlı təhdidlər ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atmasının növbəti ildönümünə təsadüf edir. ABŞ-ın müttəfiqləri olan Yaponiya və Cənubi Koreya artıq Şimali Koreya raketlərinin mümkün zərbələrini dəf etməyə hazırlaşırlar. Əgər müharibə başlanacaqsa, ilk olaraq onların əraziləri zərər görəcək, nəinki KXDR-ə daha uzaq olan ABŞ.

Bəyanatlar icraata yönəldilərsə hansı ssenarilərlə qarşılaşa bilərik? ABŞ-ın “Bloomberg” nəşri KXDR ilə müharibənin necə görünəcəyinə dair məqalə dərc edib.

48 milyon insan eyni anda məhv olacaq - QORXUNC SSENARİLƏR

Əfqanıstanda vəziyyət son bir neçə ayda sürətlə pisləşir. Taliblər yeni əraziləri nəzarət altına alırlar. Səhra komandirləri prezidentlə açıq münaqişəyə girirlər və şəxsi hərbi şirkətlər beynəlxalq koalisiya güclərinin yerini tutmağa çalışırlar. Amma Ağ Ev əvvəlki kimi çaş-baş vəziyyətdədir: ABŞ-ın bütün tarixi boyu ən uzunmüddətli müharibədən necə çıxmaq olar?

“Gecə reydlərinin strategiyası” və sonsuz MÜHARİBƏ

Türkiyənin İncirlik hava bazasında ABŞ-a aid bir təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmağı planlaşdıran İŞİD terror təşkilatının üzvü tutulub. Tutulan terrorçu Rusiya vətəndaşı Renad Bakıyevdir. İŞİD terrorçusu həmçinin ələvilərin dərnəklərində terror aktları törətməyi planlaşdırıb.

Renat Bakıyev Adanada 5 Yanvar Meydanında yerləşən ələvi dərnəyinə yaxın bölgədə təhlükəsizlik gücləri tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Rusiyalı İŞİD-çinin ŞOK PLANI: Hamısı öldürülməlidir və... - YENİLƏNDİ

Böyük Britaniyanın “Daily Exspress” qəzeti Türkiyə ilə bağlı şok iddia irəli sürüb. Qəzet Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın atom bombası əldə etmək üçün hərəkətə keçməyə hazırlaşdığını yazıb. Bununla yanaşı, atom bombasının hər an Türkiyə tərəfindən əldə edilə biləcəyi də iddia edilir.

Maraqlıdır ki, qəzet bu məlumatı FETÖ üzvü olan və hazırda Avropada yaşayan Abdullah Bozkurtdan alıb. Həmçinin, belə bir məlumatın nüvə silahına görə davam edən ABŞ-Şimali Koreya qarşıdurması ərəfəsində yayılması da təsadüfə bənzəmir. Türkiyə mediası bu məlumatların Ərdoğana hücumun bir hissəsi olduğunu yazıb.

Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının bir hissəsini Qətər üçün açmağı qəbul etdiyini bəyan edib. Bu haqda Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) bildirilib.

Qətərin şikayətindən sonra ICAO Şurası ötən ayında sonunda Kanadanın Monreal şəhərində fövqəladə toplantı keçirib. Təşkilat hava məkanını Qətər üçün bağlayan ölkələri Çikaqo Konvensiyasına riayət etməyə çağırıb.

Xatırladaq ki, Qətər və bəzi ərəb ölkələri arasındakı böhran iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Qətər ilə bütün diplomatik əlaqələri kəsməsi ilə başlanıb. Qətəri terroru maliyyələşdirməkdə ittiham edən 4 ölkə əlaqələrin normallaşması üçün Dohaya 13 maddəlik tələblər siyahısını təqdim edib. Qətər isə beynəlxalq hüquqa zidd olduğu üçün heç bir tələbin qəbul edilməyəcəyini açıqlayıb.

İŞİD terror təşkilatı video yayımlayaraq İranı yeni bir hücumla hədələyib. Təşkilat tərəfindən yayımlanan videoda üzü maskalı İŞİD üzvü yanında dayanan iki nəfərlə birgə İranın paytaxtı Tehranda yeni hücumlar törədə biləcəklərini deyib.

Fars dilində danışan terrorçu İraq və Suriyada başı kəsilən insanları xatırladaraq bənzər hadisəni Tehranda da törədəcəklərini bildirib və iranlı gənclərə cihad çağırışı edib.

Qeyd edək ki, bundan öncə İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum edilib. Olaylar zamanı 18 nəfər həyatını itirib, 52 nəfərdən çox insan yaralanıb. Məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR