Yevlaxda azyaşlı ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb
Ölkə
10 Avqust 2017 20:21

Yevlaxda azyaşlı ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb


Yevlax.10 avqust. REPORT.AZ/ Yevlax rayonunda azyaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb. 
"Report”un Şirvan bürosu xəbər verir ki, 2015-ci il təvəllüdlü Aysu Kamil qızı Havarlı kəndindəki iki mərtəbəli fərdi yaşayış evində yıxılaraq baş nahiyəsindən ciddi xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicəsi davam etdirilir. Müalicə prosesində Bakıdan gəlmiş həkimlər də iştirak edir. Azyaşlının müəyyən mərhələdən sonra müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilməsi planlaşdırlır.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR