Azərbaycan yığmasının voleybolçusu: "Bu oyunda mənfi tərəflərimizi görə bildik"
İdman
10 Avqust 2017 20:41

Azərbaycan yığmasının voleybolçusu: "Bu oyunda mənfi tərəflərimizi görə bildik"


Bakı. 10 avqust. REPORT.AZ/ “Topun qəbulunda bəzi problemlərimiz var idi, bu oyunda mənfi tərəflərimizi görə bildik”.
“Report” xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Kseniya Poznyak Sloveniya ilə yoxlama matçını (2:2) şərh edərkən deyib.
Yığmanın 31 yaşlı oyunçusu daha çox çalışmalı olduqlarını söyləyib: “Unutmayaq ki, bu, komandamız üçün uzun fasilədən sonra ilk oyun idi. Addım-addım formamızı yığırıq. Belə matçlarda nəticə önəm daşımır. Əsası odur ki, rəsmi oyunlara hazır olaq”.
Qeyd edək ki, Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə Sloveniyanın Maribor şəhərində hazırlıq keçir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR