Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub
Ölkə
10 Avqust 2017 20:51

Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub


Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib. 
"Report"un məlumatına görə, yanğın Binəqədi rayonunun Kənd Binəqədi qəsəbəsində yerləşən tikinti materiallarının satıldığı mağazaların damında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. 
Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
İlkin məlumata görə, mağazaların içərisindəki malların bir hissəsi yanıb. 
Hazırda mağazaların mansardında söküntü işləri aparılır, sahibkarlara dəymiş ziyanın məbləği dəqiqləşdirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR