Goranboyda ağır qəza: sürücü hadisə yerində keçindi - VİDEO
Ölkə
10 Avqust 2017 20:54

Goranboyda ağır qəza: sürücü hadisə yerində keçindi - VİDEO


Goranboyda minik avtomobili yük maşını ilə toqquşub. Sürücülərdən biri hadisə yerində dünyasını dəyişib. Astarada minik avtomobilinin hasara çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Tovuzda isə minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, minik avtomobilnin yük maşını ilə toqquşması bir nəfərin ölümü ilə nəticələnib.
Ağır qəza Goranboyda baş verib. Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində minik avtomobili yük maşını ilə toqquşub. Minik avtomobilinin sürücüsü, Şəmkir sakini, 36 yaşlı Elçin Həsənov hadisə yerində ölüb.
Astarada isə minik avtomobilinin hasara çırpılması ölümlə nəticələnib. Rayonun Təngərüd kənd sakini Kənan Ağayev idarə etdiyi minik avtomobili ilə Ələt-Astara magistralında hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın Maşğan kəndi ərazisində yoldan çıxaraq daş hasara çırpılıb. Avtomobildə olan sərnişin, Təngərüd kənd sakini, 23 yaşlı Xəzan Səmədov hadisə yerində dünyasını dəyişib. Sürücü Kənan Ağayev isə yüngül bədən xəsarətləri ilə Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Tovuzda isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə Bakı-Qazax magistralının Eyyublu kəndindən keçən hissəsində baş verib. Kənd sakini, 40 yaşlı Vasif Fətullayev yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Vasif Fətullayev xəstəxanaya aparılarkən yolda ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR