İşğal altındakı ərazilərimiz erməni torpaqları kimi göstərilir - VİDEO
Ölkə
10 Avqust 2017 21:04

İşğal altındakı ərazilərimiz erməni torpaqları kimi göstərilir - VİDEO


Dəfələrlə ya xəritələrdə, ya da naviqasiya sistemlərində ölkəmizə qarşı təxribatlara yol verilib. Hər dəfəsində isə Azərbaycan tərəfinin aidiyyatı qurumlara etirazı məsələni kökündən həll edib. Bu dəfə isə məşhur naviqasiya proqramları daha böyük səhvə yol veriblər. Təbii ki, buna səhv demək mümkündürsə. Azərbaycanın işğal altında olan əraziləri erməni torpaqları kimi göstərilib.

Həm Erməni adları ilə yazılıb, həm də Erməni ərazisi kimi göstərilib
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib. Mapbox.com və Openstreetmap.org adlı naviqasiya sistemlərində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib. İnternet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.
Belə ki, Openstreetmap.org-da Xankəndi Stepanakert, Ağdərə Mardakert, Kəlbəcər Karvacar, Xocavənd Martuni kimi göstərilib. Mapbox.com adlı məşhur naviqasiya sistemi isə qondarma Daqlıq Qarabağı xüsusi Respublika kimi əlavə edib. Əraziləri isə sanki erməni torpaqlarıymış kimi ermənicə xəritəyə daxil edib.
Bu cür halların qarşısını almaq üçünsə ilk növbədə belə səhvlərin fərqinə varan vətəndaşlardan fəallıq tələb olunur.
Xəritələrdəki səhvi aradan qaldırmaq üçün ilkin müraciəti etdik. Lakin problemin həlli üçün daha çox insanın iradı tələb olunur.
Sözügedən naviqasiyaları həm veb, həm də mobil versiyada istifadə etmək olur. İstər səhv olsun, istərsə də qərəzli, məşhur naviqasiya proqramlarının buna yol verməsi proqramın dəqiqliyini şübhə altında qoyur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR