Ağsu çayı quruyub
Ölkə
10 Avqust 2017 21:04

Ağsu çayı quruyub


İsti hava şəraiti Ağsudakı çaylarda suyun azalmasına səbəb olub. Hətta, bəzi çaylar quruyub. Alternativ olaraq istifadə edilən su anbarında da xeyli azalma müşahidə edilir. Nəticədə bir neçə kəndin sakinləri suvarma problemi ilə üzləşib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Ağsu çayı quruyub, rayon ərazisindəki bəzi çaylarda da azalma müşahidə olunur.
Ağsu rayonunun ən bol sulu çayında quraqlıq yaşanır. Həddindən artıq isti keçən yay bəzi çaylar kimi, Ağsu çayın da qurumasına səbəb olub. Çaparlı, Ərəbuşağı, Gəgəli kəndlərinin sakinləri suvarma problemi ilə üzləşdiklərini deyirlər.
Alternativ su mənbəyi kimi istifadə olunan Cavanşir su anbarında da xeyli azalma müşahidə edilir.
Ağsu Suvarma Sistemləri idarəsindən bildirildi ki, Cavanşir su anbarının tutumu 4,5 milyon kubmetrdir. Mövüsümün əvvəlində anbar tam doldurulub və hazırda da kifayət qədər su ehtiyatı var.
Həmçinin, bildirildi ki, quraqlığın qarşısının alınması üçün Cavanşir su anbarından alınan sular arxlar vasitəsi ilə kəndlərə yönəldiriləcək.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR