Sürücülərin diqqətinə:bu yol 3 gün bağlı olacaq - VİDEO
Ölkə
10 Avqust 2017 21:04

Sürücülərin diqqətinə:bu yol 3 gün bağlı olacaq - VİDEO


Bakıda daha bir yol nəqliyyatın hərəkətinə bağlanıb. Söhbət Sabunçu ilə Binəqədi rayonunu birləşdirən yoldan gedir. Təmir işləri ilə əlaqədar burada hərəkət 3 gün məhdudlaşdırılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, xüsusən də payız qış aylarında, yağışdan sonra keçilməz vəziyyətdə olan yol təmir edilir. Yolda köhnə asfalt qatı qaşınaraq yenisi vurulur.
Bu gündən etibarən paytaxtın Sabunçu rayonu ilə Binəqədi rayonu arasındakı yol təmirə bağlanıb. Təmir işlərinə Balaxanı qəsəbəsindən start verilib. ''Azəravtayol'' ASC-nin iş icraçısının sözlərinə görə, yolun bəzi hissələrində təxminən bir metrə qədər genişləndirimə də olacaq.
Yolun təmirə dayanması ərazidə yaşayanların da ürəyincədi. Amma onlar yolda təhlükəsizliyi qorumaq üçün bütün nişanların qoyulmasını da tələb edirlər.
İş icraçısının sözlərinə görə, asfalt qatı vurulub qutardıqdan sonra yolda cizgi xətləri, piyada zolağı və nişanlar quraşdırılacaq. Aparılan təmir işləri ilə əlaqədar olaraq Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi avtonəqliyyat vasitələrinin hərəkəti 3 gün müddətində bağlı olacaq. ''Azəravtayol'' ASC-nin əməkdaşları bu günlərdə sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR