Saatlar qaldı: İxtisas seçimi başa çatır - VİDEO
Ölkə
10 Avqust 2017 21:14

Saatlar qaldı: İxtisas seçimi başa çatır - VİDEO


Ali məktəblərə ixtisas seçimi bugün yekunlaşır. Statistikaya əsasən hələ də ixtisaslarını seçən, amma ərizələrini təsdiqləməyən xeyli abituriyent var. Dövlət İmtahan Mərkəzi belə abituriyentlərə xəbərdarlıq edib

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iyulun 29-da başlayan ixtisas seçimi bu gecə yekunlaşır. Buna baxmayaraq abituriyentlərin bir qismi hansısa səbəblərdən ərizələrini təsdiqləməyiblər. Dövlət İmtahan Mərkəzi belə abituriyentlərə diqqətli olmağa səsləyib
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, ərizələrin təsdiqlənməməsi abituriyentlərin seçim etməməsi anlamına gəlir. Bu isə onların çəkdikləri bütün əziyyətin hədər getməsinə səbəb olacaq
Nəticələr isə yaxın günlərdə elan ediləcək. Daha sonra isə ali məktəblərə daxil olmuş tələbələrin qeydiyyatı başlayacaq
Dövlət Mərkəzindən həmçinin o da bildirilib ki, ixtisas seçiminin təsdiqlənməsi üçün ayrılan müddət uzadılmayacaq. Yəni bu gün sutka bitənədək onlar ərizlərini təsdiqləməlidirlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR