Münasibətlərdə təhlükəli olan 7 davranış
Ölkə
10 Avqust 2017 21:14

Münasibətlərdə təhlükəli olan 7 davranış


1-Bütün Sirlərinizi Vermək
Müansibətlərdə duyğu və düşüncələri paylaşmaq əhəmiyyətlidir. Bu cütlüklərin bir-birlərini tanımaqlarına imkan verir.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, ancaq bunu şişirtməmək lazımdır. Xüsusilə ailənizlə əlaqədar hər detalı deməyə ehtiyac yoxdur. Unutmayın münasibətinizdə çətin zamanlar da olacaq və çox açıq olmağınız sizin zərərinizə olar. Bunun qarşısını almaq üçün danışmamışdan əvvəl azca düşünün və sonra danışın.

2- Yalan demək
Nə olursa-olsun yalan deməyin. Cütlüklər arasında bir çox problem olur və bunlar zamanla aşılar. Ancaq bir münasibətdə güvən olmazsa olmaz. Və yalanlar mütləq ortaya çıxar. Buna görə dürüstlükdən ayrılmayın.

3- Hər şeyə mənfi cəhətdən baxmaq
Unutmayın, davamlı bədbəxt kimi özünü hiss edən, bədbin biri heç kimi xoşbəxt edə bilməz. Naz edirəm deyərkən sevgilinizi özünüzdən uzaqlaşdıra bilərsiniz. Müsbət olun və işi axarına buraxın. Bu həm sizi həm sevgilinizi rahatlaşdıracaq.

4- Dəyişdirməyə cəhd etmək
Heç kim başqasına görə dəyişməz və dəyişməməlidir. Bir münasibətə başlamamışdan əvvəl qarşınızdakının xoşlamadığınız bir xüsusiyyəti varsa, əsla dəyişdirərəm ümidiylə yola çıxmayın. Çünki insanlar dəyişməz. Olduğu kimi qəbul edin və səhvlərinə qarşı xoşgörüşlü olmağa çalışın. Əgər bacarmayacaqsınızsa, münasibətə başlamayın.

5- Uzun müddətli planlar qurmaq
Uzun müddətli planlar insanı yorar və bezdirər. Planlarla birlikdə qurulan xəyallar planlar reallaşmadığında yox olub gedər və sizi çox məyus edər. Anı yaşamağa çalışın. Və buraxın zaman sizə gözəlliklər gətirsin və siz bu gözəlliklərin dadını çıxarın.

6- Çox bahalı hədiyyələr almaq
Çox bahalı hədiyyələr sizi sevgilinizin gözündə qiymətli etməz. Sizin maddiyyətə çox dəyər verirmiş kimi görünmənizə səbəb olar. Maddi dəyərindən çox mənəvi dəyəri olan hədiyyələr seçməlisiniz.

7- Əmr edərək danışmaq
Münasibətlərdə ikiniz də eyni hüquqa maliksiniz. Bu səbəbdən əmrverici bir tərzdə danışmamalısınız. Bir komandir kimi danışmaq yerinə sevgi dolu sözlər istifadə edərək yumşaq bir üslubda danışmalısınız.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR