Bakıda BÖYÜK TƏHLÜKƏ: Hər an partlayış baş verə bilər - VİDEO
Ölkə
10 Avqust 2017 21:14

Bakıda BÖYÜK TƏHLÜKƏ: Hər an partlayış baş verə bilər - VİDEO


Bakıda yüksək təzyiqli qaz xəttinin altında bir neçə təndirxana fəaliyyət göstərir. Təndirdən çıxan alov birbaşa qaz xəttinin üzərinə vurur.əsas məqam isə bu təndirxanaın yaşayış evlərinin və yola yaxın olmasıdır. Buisə təhlükəni daha da artırır.

Təndirdən çıxan alov birbaşa qaz xəttinə doğru qalxır. Yüksək təziyiqli qaz xəttinin düz altında təndir çörəyi bişirib satırlar.
Nəticədə də həm özlərinin, həm yaxınlıqda yaşayan sakinlərin, həm də yoldan keçənlərin həyatı təhlükə altında qalır. Hər an partlayış baş verə bilər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən bu təndirxanada təhlükəli vəziyyət hökm sürür.Yüngül qaz sızması olduğu zamanı burada fəlakətin yaşanacağı qaçılmazdır.
Yaxınlaşıb qaz xəttinin altında təndir bişirib-satmalarının səbəbini soruşduq.Təndirxananı işlədən bu dayı qaz xəttinin altında fəaliyyət göstəridiyini etiraf etsədə, bunun heç də təhlükəli olmadığını bildirdi.
Bura isə qəsəbənin Axund Mirzə Əbdülkərim 2 ünvanıdır.Yolun kənarında olan bu təndirxanadada eyni vəziyyət hökm sürür.Qaz xəttinin altında təndir bişirib satırlar.
Hər iki vəziyyətlə bağlı Sabunçu rayon Maştağa qəsəbə nümayyəndəliyindən isə xəzər xəbərə bildirildiki əraziyə baxış keçiriləcək və həmin təndirxanalar sökülməsi yaxud kççürülməsi üçün tədbir görüləcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR