Qazaxda telefon oğrusu tutuldu - VİDEO
Ölkə
10 Avqust 2017 21:14

Qazaxda telefon oğrusu tutuldu - VİDEO


Qazax polisi mağazadan 45 ədəd mobil telefon və noutbuk oğurlayan şəxsi yaxalayıb. Maraqlıdır ki, Elçin Aliyev adlı həmin şəxs bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib, amma özünü təhsil müəssisələrindən birinin tələbəsi kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb. Telefonlardan biri onun üzərindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Digərlərini isə satdığını bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 45 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.
Qazaxda yerləşən telefon mağazalarından birinin sahibi rayon polis şöbəsinə müracitə edərək bildirib ki, mağazadan satış üçün nəzərdə tutulmuş və təmirə gətirilmiş 45 ədəd mobil telefon, həmçinin, xeyli sim kart və 1 ədəd noutbuk oğurlanıb.
Oğurlanmış mobil telefonlardan biri maddi sübut kimi onun üzərindən aşkar edilərək götürülüb. Digər telefonları və noutbuku isə paytaxt ərazisində satdığını bildirib. Araşdırmalar zamanı məlum olub ki, Elçin Alıyev bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib və özünü təhsil müəssisələrindən birinin tələbəsi kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR