Usta faciəvi şəkildə öldü
Digər
10 Avqust 2017 21:17

Usta faciəvi şəkildə öldü


Gəncədə çanaq antenası quran usta ikinci mərtəbədən yıxılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb. İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR