Dünən, bu gün, sabah…
Ölkə
10 Avqust 2017 21:24

Dünən, bu gün, sabah…


"Bu günün işini sabaha qoyma." (Atalar sözü)

Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, bir gün bir səyyah bir alimə rast gəldi. Alim bir ağacın altında oturmuş və qucağında bir torba tutmuşdu. Üstəlik, mənalı-mənalı düşünürdü.

- Nə düşünürsünüz? - deyə səyyah soruşdu.

- Elə indicə bir şey kəşf etdim, - deyə alim cavab verdi və torbasından çürük bir alma çıxartdı:

- Bu alma keçmişdən xəbər verir. Vaxtında istifadə edilmədi. İndi isə onun üçün gecdir...

Sonra alim torbasından kal bir alma çıxartdı və sözünə davam etdi:

- Bu alma isə gələcəkdən xəbər verir. Hələ kaldır və istifadə edilmək üçün öz vaxtını gözləyir...

Axırda alim torbasından dəymiş bir alma çıxartdı və sözünə davam etdi:

- Bu alma isə bu gündür. Bu gün istifadə edilməlidir. Əgər istifadə edilməsə, sabah onun da o biri almalardan fərqi olmayacaq. Ona gora da insan bu gününün qiymətini bilməlidir. Çünki keçmiş keçmişdə qaldı, gələcək isə gələcəkdədir...

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR