Qışa hazırlıq üçün hansı meyvə-tərəvəzlər hazırlanmalıdır?
Ölkə
10 Avqust 2017 21:24

Qışa hazırlıq üçün hansı meyvə-tərəvəzlər hazırlanmalıdır?


Mövsümi meyvə və tərəvəzlər nizamlı və uyğun qaydada istehlak edildikdə, dərimizi cavanlaşdırmaqdan, xəstəliklərə qarşı qorunmadan çəki azaltmağa qədər geniş bir təsirə malik olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, vitamin, mineral və fitokimyəvi maddələr baxımından zəngin meyvələr və tərəvəzlər haqqında məlumatlarla tanış olun:
Çiyələk: 10-12 ədəd (175 q)
Gündə 100 q çiyələk C vitamininin 60%-ni təmin edir. Həmçinin kanserogen təsirlərə qarşı bədəninizi qoruyur.
Qarpız: 1 nazik dilim (200 q)
Ürəyin dostu kimi qidalar arasında olan qarpız, şəkər nisbətinin tənzimlənməsində kömək edir.
Yemiş: 1 incə dilim (180 q)
Bol miqdarda kalium tərkibi ilə qan təzyiqinin balanslaşması, pis xolesterinin azaldılmasında faydalıdr.
Gilas: 10-12 ədəd (75 q)
Gilasa qırmızı rəngini verən antosiyanin xərçəng yaradıcı amillərə qarşı hüceyrələri mühafizə edir. Bundan başqa, əzələ ağrılarını azaldaraq, ürək-damar xəstəlikləri riskini azaldır.
Üzüm: 1 salxım üzüm 15 ədəd
Güclü antitoksidant ehtiva edən üzüm, alzheimer kimi nevrodegenerativ xəstəliklər və menopauzadan sonra, sümük əriməsinin qarşısının alınmasında effektivdir.
Şaftalı: 1 orta ölçülü (100 q)
A vitamini baxımından zəngin olan şaftalı, görmə funksiyaları, dəri sağlamlığı və immunitetin dəstəklənməsində mühüm təsirə malikdir.
Ərik: 3-4 ədəd (100 q)
Bol lifli meyvələrdən olan ərik, qəbizlik problemin aradan qaldırılmasında kömək edir.
Bibər
Ən mühüm C vitamini mənbəyi olan yaşıl istiota acılığını verən kapsaisin maddəsi xərçəngli hüceyrələrə qarşı mübarizə ilə yanaşı, maddələr mübadiləsini də sürətləndirir.
Pəlpətöyün
Zəngin Omega 3 mənbəyi olan pəlpətöyün, dəri üzərində qocalma və qırışlara qarşı təsiri ilə dərinizi qoruyur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR