Trampın yaxasından əl çəkmirlər -
Dünya
10 Avqust 2017 21:32

Trampın yaxasından əl çəkmirlər -


ABŞ-ın Federal Təhqiqatlar Bürosu Rusiyanın prezident seçkilərinə dair araşdırmalarını daha da genişləndirib.

Metbuat.az-ın məlumatına görə təhlükəsizlik əməkdaşları prezident Donald Trampın seçki kampaniyası üzrə sabiq rəhbəri Pol Manafortun evində qəfil axtarışlar aparıb. Rusiya və Ukrayna ilə sıx maliyyə əlaqələri olan Manafortun evindən bir sıra sənədlər götürülüb.

Qeyd edək ki, Kəşfiyyat orqanları Rusiyanın Amerika Birləşmiş Ştatlarındakı son prezident seçkilərinə müdaxilə etdiyini irəli sürür. Bu üzdən Trampa yaxınlığı ilə bilinən xeyli sayda şəxs dindirilib.

Sübhan / METBUAT.az 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR