“Salam, Rusiya”: Azərbaycan məktəbliləri Moskvaya hazırlaşır
Ölkə
10 Avqust 2017 21:34

“Salam, Rusiya”: Azərbaycan məktəbliləri Moskvaya hazırlaşır


Rusiya tarixi və mədəniyyəti, rus dili üzrə müxtəlif layihə və müsabiqələrin qalibləri olan Azərbaycan məktəbliləri avqustun 13-dən 19-dək Moskvada tədris-maarifləndirici səfərdə olacaqlar. Layihə və müsabiqələr Rusiyanın Azərbaycandakı səfirliyi və "Rossotrudniçestvo" agentliyinin ölkəmizdəki nümayəndəliyi tərəfindən reallaşdırılıb.

Milli.Az Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin saytına istinadla xəbər verir ki, RİMM-də məktəblilər və onların valideynləri ilə görüş keçirilib. "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov səfər iştirakçılarını proqram və qaydalarla tanış edib.

Məktəbliləri təcrübəli pedaqoqlar müşayiət edəcək. Rusiya paytaxtında Azərbaycan məktəblilərini, eləcə də onların digər ölkələrdən olan həmyaşıdlarını maraqlı ekskursiyalar, məşhur adamlarla görüşlər, interaktiv proqramlar, maarifləndirici tədbirlər gözləyir. Azərbaycan nümayəndə heyəti tanışlıq gecəsində ölkəmiz haqqında məlumat verəcək, mahnı və rəqslərimizi təqdim edəcək. Səfər iştirakçıları sosial şəbəkələrdə fotogündəlik hazırlayacaqlar. Maarifləndirici tədbir "Rossotrudniçestvo" agentliyinin "Salam, Rusiya" layihəsi çərçivəsində keçirilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR