Yer kürəsinə asteroid yaxınlaşır
Maraqlı
10 Avqust 2017 21:54

Yer kürəsinə asteroid yaxınlaşır


Oktyabr ayının 12-də Yer kürəsi yaxınlığından asteroid keçəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki,bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

Səma cisminin diametri təxminən 15-30 metrdir. Qeyd olunur ki, bu ölçülərə malik asteroidin Yerin atmosferinə daxil olmasının effekti 2013-cü ildə Çelyabinskdə düşən meteoritlə müqayisə edilə bilər.

Agentliyin məlumatına əsasən, asteroid Yerdən 44 min kilometr məsafədə keçəcək.

"Bu çox yaxın məsafədir", - Avropa Kosmik Uçuşlar Mərkəzinin direktoru Rolf Densinq deyib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR