"Monako" təkzib etdi: Mbappe PSJ-yə keçmir
İdman
10 Avqust 2017 22:04

"Monako" təkzib etdi: Mbappe PSJ-yə keçmir


"Monako"nun hücumçusu Kilian Mbappenin PSJ-yə keçdiyi haqda məlumat təsdiqini tapmayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, knyazlıq klubunun rəhbərliyi parislilərlə danışıq aparmadıqlarını açıqlayıb.  
 
Onlar Mbappenin "Monako"nun futbolçusu olduğunu xatırladaraq, PSJ-dən təklif almadıqlarını bəyan ediblər.
 
18 yaşlı hücumçunun adı, həmçinin "Real" və "Barselona" klubları ilə birgə hallanmaqdadı.
 
Qeyd edək ki, "Monako"nun yetirməsi olan Kilian Mbappe əsas komandanın heyətində 60 oyunda 27 qola imza atıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR