Cənubi Çin dənizində ABŞ-Çin QARŞIDURMASI
Dünya
10 Avqust 2017 22:48

Cənubi Çin dənizində ABŞ-Çin QARŞIDURMASI


Cənubi Çin dənizində ABŞ və Çin arasında növbəti gərginlik yaranıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Con C.Makkeyn” Amerika esminesinin Spratli adalarına yaxınlaşması Pekin tərəfindən etirazla qarşılanıb.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Amerika esminesinin Pekinin icazəsi olmadan adalara yaxınlaşması Çin qanunları və beynəlxalq hüququn kobud pozuntusudur. Pekin həmçinin ABŞ-ı Çin müstəqilliyini pozmaqda ittiham edib.

Qeyd edək ki, Amerika hərbi gəmiləri Cənubi Çin dənizində Çin, Yaponiya, Vyetnam və Filippin arasında mübahisəli sayılan ərazi sularına daim daxil olur. Ağ Ev dəfələrlə bəyan edib ki, bu cür addımlar regionda azad gəmiçiliyin qorunmasına xidmət edir.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08