Paytaxtda 200 kvadratmetr sahədə karton qutular və şüşə taralar yanıb
Ölkə
10 Avqust 2017 23:02

Paytaxtda 200 kvadratmetr sahədə karton qutular və şüşə taralar yanıb


Bakının Qaradağ rayonu ərazisində 200 kvadratmetr sahədə karton qutular və şüşə taralar yanıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən xəbər verir. 

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın saat 17:57-də məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər görülür.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR