70 yaşlı piyadanı maşın vurdu
Digər
10 Avqust 2017 23:22

70 yaşlı piyadanı maşın vurdu


Gəncə-Samux yolunda piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. Hələ ki, markası məlum olmayan avtomobil şəhər sakini 1947-ci il təvəllüdlü Hüseynov Bəhmən Rəhim oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR