Gəncə sakinini avtomobil vurub
Ölkə
10 Avqust 2017 23:44

Gəncə sakinini avtomobil vurub


Gəncə-Samux yolunda piyadanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. Hələ ki, markası məlum olmayan avtomobil şəhərdə məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün 1947-ci il təvəllüdlü Hüseynov Bəhmən Rəhim oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR