Meşəgilasının tibbi faydası
Ölkə
10 Avqust 2017 23:54

Meşəgilasının tibbi faydası


Meşəgilası hündürlüyü 2 metrdən 10 metrədək olan kol və ya ağac bitkisidir. Onun yaşlı gövdə və budaqlarının qabığı qəhvəyi rəngdədir, üzərində qara-boz rəngdə mərcilər yerləşir. Mayda çiçək açır, avqust-sentyabr aylarında meyvələri yetişir.

Meşə gilasının oduncağı çox qiymətlidir və yaxşı hamarlandığına görə xarratlar ondan müxtəlif mebel avadanlığı hazırlayırlar. Ağacın qabığından isə yaşıl boyanın hazırlanmasında istifadə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaxtilə Şah Süleyman Səfəvinin saray həkimi olmuş Məhəmməd Mömin yazırdı: "Gilas orqanizmdə tez həzm olur, qəbizlik zamanı faydalıdır. O, həmçinin öskürəyə kömək edir. Gilas adamı tez doyurur və iştahanı qaçırır. Ona görə də arıqlamaq istəyənlərə nahardan əvvəl gilas yemək məsləhət görülür. Şəkər xəstəliyinə düçar olanlar üçün gilas üzümdən daha çox faydalıdır. Həmin meyvələri tox vəziyyətdə yemək olmaz. Gilasın saplağını dəmləyərək sidikqovucu vasitə kimi içirlər. Meyvənin tumlarını üyüdərək dərini yumşaldan və üzün rəngini yaxşılaşdıran maska hazırlanır".

Xalq təbabətində meşəgilasının meyvə, çiçək və yarpaqları, cavan gövdə və budaqlarının qabığından istifadə olunur. Meyvələrindən hazırlanan mors və ya kiselin qəbul edilməsi ishal və mədə-bağırsaq traktının pozğunluqlarında təyin edilir. Meyvə və çiçəklərinin dəmləməsi gözün selikli qişasının iltihabi xəstəliklərinin müalicəsində islatma dərmanı kimi tətbiq edilir. Cavan gövdə və budaqlarının qabığının bişirməsi tərqovucu vasitə kimi, dəmləməsi isə revmatizm əleyhinə faydalı təsir göstərir.

Tərdən baş verən bişməcə, ekzema və ayaqlarda rast gəlinən göbələk xəstəliklərində meşəgilasının yarpaqlarından bişirmə hazırlayıb qəbul edilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08