Gəncə sakini bıçaqlanıb
Ölkə
10 Avqust 2017 23:56

Gəncə sakini bıçaqlanıb


Gəncə. 10 avqust. REPORT.AZ/ Gəncədə yerli sakin bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hələki bilinməyən səbəbdən şəhər sakini, 1974-cü il təvəllüdlü Məmmədov Mətləb Asim oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilib vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı isə hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR