“Fukusima” AES-in yaxınlığında bomba aşkar edilib
Dünya
11 Avqust 2017 0:52

“Fukusima” AES-in yaxınlığında bomba aşkar edilib


Yaponiyada “Fukusima” Atom Elektrik Stansiyasının (AES) yaxınlığında İkinci Dünya Müharibəsinə aid partlamamış bomba aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, partlayıcı qurğunu stansiya yaxınlığında təmizlik işləri aparan işçilər aşkar ediblər. 

Bombanın uzunluğu 85 santimetr, diametri 15 santimetr təşkil edir. Bombanın zərərsizləşdirilməsi üçün hadisə yerinə mütəxəssislər çağırılıb. 

Bildirilib ki, “Fukusima” AES adi rejimdə işini davam etdirir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR