Toronto muzeyində dünyanın ƏN BÖYÜK ÜRƏYİ sərgilənir
Dünya
11 Avqust 2017 1:18

Toronto muzeyində dünyanın ƏN BÖYÜK ÜRƏYİ sərgilənir


Kanadanın Ontario əyalətində yerləşən Kral muzeyində 180 kiloqram çəkisi olan ürək sərgilənir. Bu həyati vacib orqan göy balinaya məxsusdur və dünyanın ən böyük ürəyi hesab olunur.

Publika.az Reuters agentliyinə istinadla xəbər verir ki, bu orqan 2014-cü ildə Kanadanın Nyufaundlend və Labrador əyalətlərinin sahillərində tapılan iki nəhəng göy balinalardan birinə məxsusdur. Almaniyalı alimlər bu ürəyi olduğu kimi saxlamaq üçün müəyyən prosedurlar həyata keçiriblər. Çürüməsinin qarşısını almaq üçün, muzeyin əməkdaşları ürəyin bioloji parçalarını qətran və polimerlərlə əvəz ediblər.

Dünyanın ən böyük ürəyinə sentyabrın 4-dək baxmaq olar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR