Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Maraqlı
11 Avqust 2017 11:34

Rianna ərəb milyarderlə nişanlandı - FOTO


Dünyanın ən məşhur müğənnilərindən biri, əslən Barbadosdan olan amerikalı Robin Rianna Fenti və ya sadəcə, Rianna Səudiyyə Ərəbistanının ən məşhur, ən zəngin iş adamlarından biri Əbdül Lətif Cəmilin oğlu Həsən Cəmillə nişanlanıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 29 yaşlı müğənni ilə onun yaşıdı, 29 yaşlı milyarder Həsən Cəmil nişanlandıqlarını gizli saxlayır, bu barədə heç bir açıqlama vermirlər.

Həsən Cəmilin atası Əbdül Cəmil 1955-ci ildə Səudiyyə Ərəbistanında "Toyota" (Yaponiya) avtomobil konserninin ilk rəsmi dileri statusunu almış "Abdul Latif Jameel Motors" şirkətinin banisi Əbdül Lətif Cəmilin oğludur.

"Abdul Latif Jameel Motors" indi Səudiyyə Ərəbistanı ilə yanaşı, bütün Fars Körfəzi və Yaxın Hərq ölkələrində ən böyük avtomobil satışı şirkətidir.

Şirkət 49 brendin istehsalı olan nəqliyyat vasitələrini satır.

29 yaşlı Həsən Cəmil 2012-ci ildə Parisdə incəsənət eksperti Lina Lazarla evlənib.

Lakin onlar 2016-cı ildə boşanıblar.

Rianna da elə həmin il sevgilisindən, reper Dreykdən ayrılmışdı.

Həsən Cəmil boşanandan sonra bir sıra ulduzlar, o cümlədən Naomi Kempbell ilə sevgili olub.

Son 11 il ərzində "Sotheby's" hərrac evinin eksperti kimi çalışan, Yaxın Şərqdə "İncəsənət aləminin 10 ən nüfuzlu qadını" reytinqində yer alan Lina Lazaar Cəmilin də artıq sevgilisi var.

Milli.Az













loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08