Mətanət: “Molla yanına gedir ki, onun-bunun kişisini ələ alsın” -
Digər
11 Avqust 2017 21:52

Mətanət: “Molla yanına gedir ki, onun-bunun kişisini ələ alsın” -


Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib.

Metbuat.az-ın məlumatına görə, sənətçi paxıllığını çəkən həmkarlarına səslənib:

"Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız. Molla yanına gedir ki, onun-bunun ailəsini dağıtsın, kişisini ələ alsın. A balam, xalqa sənət, səs lazımdır. Nə qalmısınız mollalarda? Nə var, nə xəbərdir? Mənim sizinlə işim yoxdur, heç birinizlə maraqlanmıram, siz məndən nə istəyirsiniz axı? Min dənə adam telefon edir ki, filan müğənni şəklin əlində yanıma gəlmişdi. Deyirəm, ay molla, ay cadugər, elə bir dərman bilirsinizsə, öz başınıza sürtün. İkincisinə də qalanda, o adamlara Allah rəhmət eləsin. Onlar mənim üçün diriykən ölülərdir. Allahın işinə əl aparmaq olar?" 

Müğənni onlardan qorunmaq üçün Allaha sığındığını deyib: 

"Mən o cadu-tilsimlərdən qorunmaq üçün gecə-gündüz Allahla danışıram, pirlərə gedirəm. Məni axtarsan, pirlərdə tapmaq olar, mollaların yanında yox. Allah onlara min lənət eləsin. Fikir vermişəm, hamısı cinə-şeytana oxşayır. Etdikləri pis əməllərə görə yaşlandıqca özləri də cin kimi görünürlər. Efirə çıxanda adam qorxur, deyirsən "bismillah" bu cin-şeytan haradan peyda oldu görəsən?" //Yenicag.az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 oktyabr

Astroloji proqnoz - 22 oktyabr

22 Oktyabr 2017 00:08
Marsda YENİ KƏŞF

Marsda YENİ KƏŞF

22 Oktyabr 2017 07:03
loading...