Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub
Ölkə
12 Avqust 2017 9:48

Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub


Yoluxma halları Sid, Alanya, Belek, Kəmər və digər şəhərlərdəki otellərdə qeydə alınıb

Publika.az bildirir ki,Rusiyanın İstehlakçıların hüquqlarının qorunması üzrə federal xidməti "Rospotrebnadzor" Türkiyədə dincələn rusiyalı turistlərdən 500-dən artıq sağlamlıqla bağlı şikayət müraciəti alıb. Bu barədə qurumun saytında məlumat verilir.

Məsələ ciddiləşdiyinə görə "Rospotrebnadzor" xüsusi qaynar xətt istifadəyə verib.

"Yoluxma halları Sid, Alanya, Belek, Kəmər və digər şəhərlərdəki otellərdə qeydə alınıb. Virusa yoluxanların əksəriyyəti 14 yaşınadək uşaqlardır" — saytda bildirilir.

Qurum həmçinin turistlər üçün xüsusi qaydalar da işləyib hazırlayıb. Həmin qaydalarda yalnız qaynadılmış və yaxud qablaşdırılmış sulardan içmək, gigiyenik qaydalara tam əməl etmək, uşaqları hovuzlara və digər uşaqlarla oynamağa buraxmamaq, ilk simptomlar əmələ gəldikdə dərhal həkimə müraciət etmək və s. tövsiyyə olunur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09