Oğlan uşağı doğanlara 50 min dollar mükafat...
Maraqlı
12 Avqust 2017 9:52

Oğlan uşağı doğanlara 50 min dollar mükafat...


Dubay – Birləşmiş Ərəb Əmirliyinin sahəsinə görə ikinci ən böyük əmirliyidir.  

Eyniadlı paytaxt – Dubay şəhəri bu gün Yaxın Şərqin ən məşhur turizm mərkəzi sayılır.

Metbuat.az Dubay və BƏƏ haqda maraqlı faktları təqdim edir:

- 40 il əvvəl BƏƏ-nin ərazisi başdan ayağa səhra olub.

- BƏƏ-də oğul övladın doğulmasına görə hökümət ailəyə 50 min dollar ayırır. Toy üçün 19 min dollar və villa bağışlayır, dövlət qulluqçusunun əmək haqqı isə 10 min dollara bərabərdir.

- Nə qədər müasir olsa da, Dubayda alkoqol qəbul etmək və daşımaq, dövlət əhəmiyyətli tikililərin və şəhərin bəzi görməli yerlərinin, həmçinin qadınların şəklini çəkmək, küçəyə zibil atmaq və avtostopla gəzmək qadağandır.

- Yol hərəkəti qaydalarını pozmağa görə cərimə 800 dollardır.

- Dubayda bütün avtobus dayanacaqlarında kondisionerlər işləyir.

- Dubayda at yarışlarının yerinə dəvə qaçışı yarışları keçirilir, dəvələri isə robotlar idarə edir. Həmçinin, səhrada "JEP safari" səyahətləri məşhurdur.

- İl ərzində bir sakin minimum 38 qram qızıl alır. Bir kişi evlilik təklifi zamanı xanıma 5 kiloqram qızıl hədiyyə etməlidir.Yeri gəlmişkən, evlilik üçün namizədi valideynlər seçir. Nikahdan kənar əlaqəyə görə isə cərimələnmək və hətta 3 ay həbs almaq olar.

- Nəqliyyatda qadınlar və kişilər ayrı gedir. Metro vaqonları və avtobus və hətta taksilərdə seksiyalar fərqlidir.

- Ramazan ayında küçədə yemək və içmək qadağandır. Yeməyə icazə verilən bəzi ictimai yerlərdə isə pəncərələrin qarşısını kəsirlər Qaydalara əməl etməyənləri cərimə gözləyir. Orucluq zamanı həyat gecə saatlarında oyanır, çünki bu vaxt qadağalar aradan qalxır.

- İsti Ərəb Əmirliklərinin səhralıqlarında Ski-Dubai adlı dağ-xizək kurortu fəaliyyət göstərir. Burada xizək sürənlər üçün hər şərait var – təpələr, qarlı parklar. 2011-ci ildə isə BƏƏ buz üstü hokkey üzrə Beynəlxalq Federasiyanın tərkibinə qatılan ilk ərəb ölkəsi olub.

- BƏƏ-nin ən dəbdəbəli hoteli olan “Emirates Palas”da Yeni İldə 13 metr hündürülüklü və 11,4 milyon dollarlıq yolka quraşdırılıb. Oyuncaq əvəzində isə onun üzəri qiymətli əşyalarla bəzədilib. BƏƏ hotelləri ümumiyyətlə təccübləndirməyi bacarırlar. 28 böyük hotelin aşpazları tərəfindən ölkənin Müstəqillik Günü münasibətilə hazırlanan 2530,8 metrlik tort "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

- BƏƏ-də dünyanın ən hündür göydələni “Burj Khalifa” yerləşir – (828 metr).

Xarici ölkədə vəfat edən azərbaycanlı ölkəyə necə gətirilir? - QAYDALAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13