Partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatdı
Dünya
12 Avqust 2017 23:38

Partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatdı


Pakistanda baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Publika.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Kvetta şəhərində baş verən partlayışda 30-dan çox insan da yaralanıb. Bu barədə Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaraz Buqti məlumat verib.

Onun sözlərinə görə, həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər də var.

Partlayışdan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib.

Baş verən dəhşətli partlayışın səbəbi hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, partlayış təhlükəsizlik qüvvələrinin avtomobilinə qarşı törədilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 oktyabr

Astroloji proqnoz - 22 oktyabr

22 Oktyabr 2017 00:08
Marsda YENİ KƏŞF

Marsda YENİ KƏŞF

22 Oktyabr 2017 07:03
loading...