Beyni inkişaf etdirən qidalar
Sağlamlıq
13 Avqust 2017 18:32

Beyni inkişaf etdirən qidalar


Qida mütəxəssisləri elmi araşdırmalarla beynin inkişafına daha çox töhfə verən qidaları müəyyən edib.

Yumurta - beyinin qatı qismi yağdan ibarət olduğu üçün yağla təmin edilməsi vacibdir. Beyində yaddaşın yaradılması, davam etdirilməsinə kömək edən sinapsinin (xromosomların birləşməsi) yaranması üçün yağ vacibdir. 

Bibər hafizəni gücləndirir, beyin yorğunluğunu yox edir. Uzunmüddətli hafizəni 15 faiz inkişaf elətdirir. 

Çiyələyin tərkibində olan fisetin maddəsi hafizə itkisinin təsirlərini yox edir, ağıl itirilməsini gecikdirir. 

Şokolad tərkibindəki maqnezium və antioksidan baxımından beyinə oksigen daşıyaraq, daha yaxşı çalışmasını təmin edir. 

B vitamin qaynağı ola taxıllar qan şəkərini tənzimləyir. 

Kartof qan şəkərini nizamlı şəkildə yüksəldərək zəkanın daha məhsuldar çalışmasına kömək edir. 

Qatığın tərkibindəki tirozin maddəsi hafizəni gücləndirir, beyinə xəbərdarlıq edir. 

Üzüm suyu dopamin ifrazını artıraraq, problemin həll edilməsini asanlaşdırır. 

Lif və protein qaynağı olan lobya uşaqlarda zəkanı inkişaf elətdirir. 

Xüsusən pomidor, kök və qırmızı bibərdə olan antioksidan beynin daha uzun müddət sağlam qalmasına kömək edir. 

Hər gün müntəzəm olaraq səhər yeməyi yeyənlərin digərlərindən fərqli olaraq, daha uğurlu və məhsuldar olduğu bildirilir. Günə başlayarkən süd, pendir, yumurtadan ibarət səhər yeməyi daha məhsuldar olmanıza kömək edir.

Qoz, fındıq, yerfındığı kimi sinirləri sakitləşdirən qidalar yemək məsləhətdir. Diqqəti artırır.

Yağsız qırmızı ət dəmir qaynağıdır və beynin inkişafı üçün əhəmiyyətlidir.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 oktyabr

Astroloji proqnoz - 24 oktyabr

24 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 23 oktyabr

Astroloji proqnoz - 23 oktyabr

23 Oktyabr 2017 00:08
loading...