Gədəbəyin Söyüdlü kəndində su hövzəsində külli miqdarda qumbara, raket, patron  aşkarlanıb
Ölkə
13 Avqust 2017 18:48

Gədəbəyin Söyüdlü kəndində su hövzəsində külli miqdarda qumbara, raket, patron aşkarlanıb


Nazirlər KabinetiƏrazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 12-13 tarixlərində Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.

Pbulika.az APA-ya istinadən bildirir ki, 12 avqust saat 16:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olunub. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat 13 avqustda davam etdirilib. Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1), 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası (3 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq), 10 ədəd partladıcı (UZRQM), 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat darağı və 2 ədəd RPK-74 darağı) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...